Dünya
Zelenskinin qaçacağı ölkə bəlli oldu: Artıq 10 min ukraynalı ora yerləşib
Ukrayna prezidenti Vladimir Zelenskinin ölkədən İsrailə qaça biləcəyi ilə bağlı şayiələr doğru ola bilər.
Publika.az xəbər verir ki, bu barədə “The National Interest” (NI) nəşri yazıb.
Məqalədə deyilir: “Ukrayna döyüş meydanında uğursuzluqlarla üzləşdiyi, ölkə daxilində korrupsiya qalmaqalları ilə bağlı müntəzəm olaraq xəbərlər yayıldığı və ictimaiyyətin Qərb yardımının hər dollarına görə cavabdehlik tələb etdiyi bir şəraitdə, Zelenskinin Kiyevdən Təl-Əvivə qaçması heç də şokedici olmazdı”.
Məqalədə qeyd olunub ki, Rusiya ilə hərbi münaqişə başlayandan bəri 10 mindən çox ukraynalı İsrailə qaçıb, o cümlədən korrupsiyada əli olan məmurlar. Bundan başqa, məqalədə vurğulanır ki, Təl-Əviv Zelenskinin müttəfiqi, korrupsiya qalmaqalında əli olan iş adamı Timur Mindiçi qarşılayıb. NI həmçinin xatırladıb ki, Ukraynada dələduzluqda və çirkli pulların yuyulmasında ittiham olunan iş adamı İqor Kolomoyski də İsrailə qaçıb.
Nəşr qeyd edib ki, Ukrayna elitası çoxdan İsrailə mümkün sığınacaq və ya ikinci vətən kimi baxır.
Tural
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
-
Magazin200:5537 yaşında infarkt keçirdi... - “Eşref Rüya”nın aktyoru vəfat etdi

































