Dünya
Çin bu ölkəni təhlükəsizliyinə təhdid elan etdi: Gizli məqsədlə...
Pekin Yaponiyanı Çinin planlaşdırılan hərbi təlimlərinə mane olan təhlükəli hərəkətləri dərhal dayandırmağa, eləcə də bütün məsuliyyətsiz dezinformasiyaya və siyasi manipulyasiyalara son qoymağa çağırır.
Publika.az xəbər verir ki, “Xinhua” agentliyinin məlumatına görə, bunu Yaponiyanın müdafiə naziri Şinjiro Koizuminin bəyanatlarını şərh edən Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.
Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, Çin ordusu artıq bu məsələ ilə bağlı qəti mövqeyini açıq şəkildə bəyan edib. Faktlar aydındır: dəniz və hava məkanının təhlükəsizliyinə ən böyük təhlükəni Çinin planlı hərbi əməliyyatlar apardığı ərazilər yaxınlığında təkrar kəşfiyyat manevrləri və Yaponiya qırıcılarının müdaxiləsi təşkil edir.
Çin diplomatının sözlərinə görə, hazırkı vəziyyətdə Yaponiya gərginliyi artırmaq və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün “radar hədəfi” məsələsini şişirdir, faktları bilərəkdən təhrif edir və günahı Çinin üzərinə yıxır. Rəsmi bunun gizli məqsədlərlə edildiyini vurğulayıb və əlavə edib ki, Çin buna qəti şəkildə qarşıdır.
Tural
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
































