Dünya
Ruslar kütləvi şəkildə ABŞ-ın işğal etmək istədiyi ölkəyə axışırlar: Səbəb?
ABŞ prezidenti Donald Trampın Venesuelanı işğal etməklə hədələməsi fonunda ruslar Yeni ili qeyd etmək üçün ölkəyə axışıblar.
Publika.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Mənbənin sözlərinə görə, rusiyalı turistlər ABŞ-Venesuela münaqişəsində heç bir problem görməyib və Türkiyə, Tailand və Misirdən daha çox Latın Amerikası ölkəsində istirahətə üstünlük veriblər.
ABŞ-ın hədəsindən sonra dünyanın əksər ölkələrindən Venesuelaya getmək istəyənlər uçuş biletlərini kütləvi surətdə qaytarıblar. Bu da, Venesuelaya turların 34 faiz ucuzlaşmasına səbəb olub.
Beləliklə, dörd və beşulduzlu otellərdə yerləşmə ilə iki nəfərlik 11 günlük Yeni il səyahəti 320 min rubldan (7 min manat) 239 min rubla (5200 manat) düşüb. Rusiya turizm agentlikləri onu da qeyd ediblər ki, Vnukovodan Marqarita adasında yerləşən Porlamara birbaşa reys dekabrın sonunda açıla bilər.
Tural
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
































