Dünya
Türkiyə bu ölkə ilə razılığa gəldi: yeni hədəf 10 milyard dollardır
Deksbrın 8-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Macarıstanın Baş naziri Viktor Orban ikitərəfli görüşün nəticələrinə həsr olunmuş birgə mətbuat konfransı keçiriblər.
Publika.az xəbər verir ki, tərəflər yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclası çərçivəsində iki ölkə arasında müxtəlif sahələr üzrə 16 əməkdaşlıq sazişi imzalandığını bəyan ediblər.
Liderlər münasibətlərin daha da inkişaf etdirilməsinə sadiqliklərini təsdiqləyib və ikitərəfli və qlobal məsələlərin həlli üçün birgə planlaşdırma mexanizminin işə salınmasını müzakirə ediblər.
Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, Türkiyə və Macarıstanın ticarət dövriyyəsinin 6 milyard dollarlıq hədəfə çatdırılmasına az qalıb. Tərəflər bu rəqəmin 10 milyard dollara yüksəldilməsi barədə razılığa gəliblər.
İqtisadi əməkdaşlıqla yanaşı, liderlər Avropada təhlükəsizlik məsələlərini, müdafiə sənayesində əməkdaşlığın genişləndirilməsini, eləcə də elm və innovasiya sahələrində birgə layihələri müzakirə ediblər.
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə
-
Dünya02:18İranda yüksək vəzifəli şəxsin evi bombalandı - Özü ağır yaralandı, həyat yoldaşı öldü
-
Qoroskop01:40Günün ulduz falı: cəsarətli addım atanlar mükafatlandırılacaq
































