Dünya
20 günlük həbsxana həyatından 216 səhifəlik kitab yazdı - FOTO
Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həbsxana təcrübələrini əks etdirən kitabı satışa çıxıb.
Publika.az yerli mediaya istinadən xəbər verir ki, Sarkozi "Məhbusun Gündəliyi" kitabında 20 günlük həbxana həyatını əks etdirib.
Kitabda onun həbsxana həyatının pərdəarxası, xatirələri və siyasi fikirləri yer alır. Sarkozi 216 səhifəlik kitabda Marin Le Pen ilə telefon danışığını xatırladıb, ona Milli Cəbhəyə qarşı heç bir "respublika cəbhəsinə" qoşulmayacağına söz verdiyini qeyd edib. O, həmçinin Seqolen Royal kimi bəzi siyasi xadimləri tənqid edib.
Həbsxana həyatını "kabus" adlandıran Sarkozi, orada şahidi olduğu zorakılığın onda dərin iz buraxdığını qeyd edib.
O, həbsxananın yeməkxanasından şikayətlənib. Bildirib ki, naharı çox erkən gətirdikləri üçün yeməkdən imtina edib: “Kiçik plastik məcməyidə təqdim edilən yeməkdən imtina etməklə çox şey itirmədiyimi düşünürəm. Yeməyi hazırlayana qarşı heç bir narazılığım yoxdur, amma o, heç də iştahaaçan deyildi”.
Qeyd edək ki, Nikola Sarkozi 2007-2012-ci illərdə Fransa prezidenti olub. Siyasətçi bu ilin sentyabrın 25-də 2012-ci ildə seçki kampaniyasını qanunsuz maliyyələşdirməkdə təqsirli bilinərək 5 il müddətinə həbs edilib. O, noyabrın 10-da apellyasiya şikayətinə baxılana qədər şərti azadlığa buraxılıb. Həmin prosesin isə martın 16-dan iyunun 3-nə qədər baş tutacağı gözlənilir.

Roza
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə




































