MDB
İrəvan bu nöqtəyə çox yaxındır: Moskvadan hədə dolu açıqlama
Ermənistan Rusiyanın onunla iqtisadi münasibətlərini yenidən qurmalı olduğu nöqtəyə çox yaxınlaşıb.
Publika.az xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk TASS-a verdiyi müsahibədə bildirib.
Daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Moskvanın İrəvanın Aİ ilə münasibətlər üzrə müzakirələrindən xəbərdar olduğunu və bu müzakirələrə sakit yanaşdığını bildirmişdi.
Eyni zamanda, Rusiya lideri açıq şəkildə bildirib ki, İrəvanın həm Aİ, həm də AİB-ə eyni vaxtda üzvlüyü mümkün deyil. Paşinyan da öz növbəsində qeyd edib ki, İrəvan bunun uyğunsuz olduğunu bilir, lakin bu proseslər hələ seçim edilməli olan nöqtəyə çatmayıb.
Overçuk etiraf edib ki, ikitərəfli görüşlərdə, eləcə də Avrasiya İqtisadi Birliyi (AAİB) formatında Ermənistan liderləri Rusiya ilə dostluqdan danışır və AAİB-ə sadiqliklərini bildirilər.
"Bizim tərəfimizdən müzakirələr səmimi və həmişə hörmətli şəkildə aparılır. Eyni zamanda, sözləri əməllərlə müqayisə etdikdə belə bir nəticəyə gəlmək olar ki, həmkarlarımız bu ölkə ilə iqtisadi münasibətlərimizi yenidən qurmalı olduğumuz nöqtəyə çox yaxınlaşıblar", - deyə Rusiya Baş nazirinin müavini qeyd edib.
Overçuk qeyd edib ki, Rusiya hökuməti öz səlahiyyətlərinə görə Ermənistanla ticarət və iqtisadi münasibətlərin gələcək vəziyyətinin perspektivlərindən narahatdır.
"Regional kontekstin ümumi anlaşılması və Ermənistan rəhbərliyinin Aİ ilə yaxınlaşma siyasəti nəzərə alınmaqla, onların gələcəyi ilə bağlı ciddi suallar yaranır", - deyə o bildirib.
Müəllif: Tural
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi








































.jpg)
