Dünya
Bolqarıstan hökuməti istefaya getdi
Bolqarıstanın Baş naziri Rosen Jelyazkov kütləvi etirazlar fonunda və parlamentdə etimad səsverməsi ərəfəsində kabinetinin istefasını elan edib.
Publika.az xəbər verir ki, bu barədə Bolqarıstanın Milli Televiziyası məlumat yayıb.
Baş nazirin sözlərinə görə, parlamentin dəstəyinə inam və etimadsızlıq səsverməsinin mümkün uğursuzluğuna baxmayaraq, hökumət ictimai gözləntiləri doğrultmaq üçün istefaya getməyə qərar verib.
"Hakimiyyət xalqdan asılıdır və biz etirazçıların səsini eşidirik, onların tələblərinə uyğun hərəkət etməliyik. Vətəndaş etirazlarını qəbul etmək lazımdır", - Jelyazkov qeyd edib.
Baş nazir vurğulayıb ki, koalisiya son hadisələri müzakirə edib və vətəndaşların mənafeyindən çıxış etmək qərarına gəlib.
Adəm
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə




































