Dünya
ABŞ və Yaponiyadan ƏZƏLƏ NÜMAYİŞİ - Bombardmanıçılar havaya qaldırıldı
Yaponiyanın Özünü Müdafiə Qüvvələri ABŞ Hərbi Hava Qüvvələri ilə birgə aviasiya təlimləri keçirib.
Publika.az xəbər verir ki, təlimlərdə iki ABŞ strategiya bombardmanıçı "B-52H Stratofortress" istifadə olunub.
Təlimlər Yapon dənizi üzərində baş tutub. Onların məqsədi müxtəlif əməliyyat tapşırıqlarını məşq etmək olub. Yapon tərəfdən təlimlərdə üç "F-35B" beşinci nəsil qırıcı və üç "F-15" qırıcı iştirak edib.
Qeyd edilib ki, təlimlər Yaponiyanın ətrafında təhlükəsizlik vəziyyətinin gərginləşməsi ilə əlaqədar keçirilib.
Yapon hərbçiləri vurğulayıblar ki, bu təlimlər zamanı Yaponiya və ABŞ qüvvələri status-kvonu güc yolu ilə dəyişdirməyə cəhdlərin qarşısını almaq əzmini təsdiqləyib və Yaponiyanın Özünü Müdafiə Qüvvələri ilə ABŞ Silahlı Qüvvələrinin hazırlıqlı olduğunu nümayiş etdirib. Onlar əlavə ediblər ki, təlimlər Yaponiya-Amerika alyansının dayandırıcı və cavabvermə imkanlarını daha da gücləndirib.
Hüseyn İbadlı
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə




































