Dünya
Asiya ölkəsində parlament buraxıldı
Taylandda Kral Maha Vajiralongkorn (X Rama) Nümayəndələr Palatasının (ölkənin parlamentinin aşağı palatası) buraxılması haqqında fərman təsdiqləyib.
Publika.az xəbər verir ki, monarx bu qərarı krallığın azlıq hökumətinin nəzarəti altında olması, eləcə də "ölkə daxilində çoxsaylı siyasi problemlər" səbəbindən verib.
X Rama belə bir hökumətin Taylandı effektiv və sabit şəkildə idarə edə bilməyəcəyini bildirib. Buna görə də, mövcud vəziyyətin ən uyğun həlli parlamentin aşağı palatasını buraxmaq və yeni ümumi seçkilər keçirməkdir.
Taylandın hökumət qəzetində dərc olunmuş fərmanda deyilir ki, "Bu, siyasi qərar qəbuletmə səlahiyyətinin xalqa mümkün qədər tez qaytarılmasını təmin edəcək".
Hüseyn İbadlı
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə




































