Dünya
İran Əsəd devrilməzdən 3 gün əvvəl Suriyadan necə çıxıb? - Şok detallar
Suriyada devrilmiş Əsəd rejiminin fəaliyyəti ilə bağlı təəccüblü detallar ortaya çıxmağa davam edir. "AFP" portalına danışan suriyalı mənbələr ilk dəfə olaraq Əsədin ən böyük dəstəkçisi olan İranın Suriyadan necə tələsik çəkildiyini izah ediblər.
Publika.az xəbər verir ki, mənbələrin sözlərinə görə, Suriyada vətəndaş müharibəsi zamanı bir çox suriyalı zabit İran İnqilab Keşikçilərinin komandanlığına verilib.
Keçmiş suriyalı zabit bildirib ki, ötən il dekabrın 5-də iranlı rəisi onu "vacib bir məsələni" müzakirə etmək üçün əməliyyat bölgəsinə çağırıb. O bildirib ki, sözügedən görüşdə 20 suriyalı zabit iştirak edib.
Mənbə komandirin onlara "Bu gündən etibarən İran İnqilab Keşikçiləri Suriyadan çıxır. Hər şey bitdi. Gələcəkdə sizin üçün məsuliyyət daşımırıq" dediyini qeyd edib. Mənbə əlavə olaraq bildirib ki, komandirin əsgərlərə verdiyi son əmr həssas sənədləri və kompüter disklərini məhv etmək olub.

Məlumata görə, İranın Suriyadakı diplomatik nümayəndəliklərində çalışan personal da ölkəni tez bir zamanda tərk edib. Dəməşqdəki İran konsulluğunda çalışan iki suriyalı işçi İran diplomatlarının Suriyanı tələsik tərk etdiyini bildirib. Onların sözlərinə görə, səfirlik binası 5 dekabrda boşaldılıb və diplomatlar Livanın paytaxtı Beyruta gediblər.
Vətəndaş müharibəsi zamanı İranın komandanlığı altında olan qüvvələr Suriyanın bir çox yerində, xüsusən də Dəməşqin Seyyidə Zeynəb rayonunda yerləşdirilib. Bu ərazilərdən biri də Əsədi devirərkən rejim əleyhdarı qüvvələr tərəfindən ələ keçirilən ilk şəhər olan Hələb idi. Rejim əleyhdarı qüvvələrin qəfil hücumundan sonra rejim Hələbə nəzarəti itirib və bölgədəki İranın dəstəklədiyi qüvvələr qəfil geri çəkilməyə məcbur olublar.

Adının çəkilməsini istəməyən keçmiş Suriya ordusu zabiti bildirib ki, 5 dekabrda yüksək rütbəli İran hərbi rəsmisi və çoxsaylı İran əsgərləri və zabitləri Rusiyanın nəzarətində olan Hmeymim hava bazasına təxliyə edilib, daha sonra Tehrana uçublar.
Əsəd rejiminin əleyhinə qüvvələrin keçmiş üzvü Məhəmməd Dibo da qeyd edib ki, İranın dəstəklədiyi qüvvələr Suriyanı çox tez tərk ediblər: "Hələb bölgəsində istifadə etdikləri bazalara daxil olanda İran zabitlərinə məxsus şəxsiyyət vəsiqələri tapdıq, onları götürməyə belə vaxtları olmayıb".
Xatırladaq ki, 8 dekabr 2024-cü ildə Bəşər Əsədin rəhbərlik etdiyi Suriya Ərəb Respublikası hökuməti Təhrir əl-Şamın başçılıq etdiyi Suriya müxalifətinin irimiqyaslı hücumları nəticəsində süqut edib.
Roza
-
Magazin215:357 kilo arıqlayan müğənni bikinidə fotosunu paylaşdı - FOTO
-
Sağlamlıq14:36Daha bir virus bu ölkəni bürüyür: Müalicəsi yoxdur, ölüm nisbəti dəhşətlidir
-
Region14:09Laricaninin qızı ABŞ universitetindən qovuldu
-
Magazin213:2856 yaşlı Cennifer Lopez alış-verişə büsqaltersiz gəldi - FOTOLAR
-
Magazin212:07Keçmiş "VİA Qra"çı elə açıq-saçıq foto paylaşdı ki... - FOTO
-
Sosial10:55Sumqayıtda almaları müsadirə edən məmuru belə biabır etdilər - VİDEO
-
Region10:13Bələdiyyədə korrupsiya əməliyyatı: Səkkiz nəfər həbs edildi
-
Hadisə09:32Samuxda avtobus aşdı, ölən və xəsarət alanlar var



































