Dünya
Ərdoğan və Netanyahu yaxınlaşa bilər, onlar mane olur
ABŞ Türkiyənin hərbi gücünün hələ də ərazidə mühüm rol oynadığına inanır.
Publika.az xəbər verir ki, bunu "Jerusalem Post" qəzetinə müsahibəsində ABŞ-ın Ankaradakı səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak deyib.
Barak Suriya-İsrail münasibətləri və Türkiyənin Qəzzadakı rolu ilə bağlı qiymətləndirmələr aparıb.
"Türkiyə və Qətər rabitə kanallarını açıq saxladıqları üçün atəşkəs danışıqlarında və girovların xilas edilməsində həyati əhəmiyyət kəsb edirdi. Türkiyənin böyük və təcrübəli quru qüvvələri, HƏMAS da daxil olmaqla müxtəlif aktorlarla dialoqu ilə yanaşı, gərginliyin azalmasına da kömək edə bilər", - o qeyd edib.
Səfir Ərdoğanla Netanyahu arasında normallaşma olacağını irəli sürərək, vəziyyəti hər iki ölkədəki medianın pisləşdirdiyini iddia edib: "Türkiyədə İsrailin Vyanadan Dubaya qədər təsirini genişləndirmək istədiyi iddia edilir. İsraildə isə Ərdoğanın "Osmanlı İmperiyasını yenidən qurmaq istədiyi" deyilir. Hər ikisi cəfəngiyatdır".
Roza
-
Rəsmi xronika11:16Prezident onları qəbul etdi
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var
-
Ekopublika.az08:24Azərbaycan öz manatını özü çap edəcək? - Bu il üçün təzə pullar...
-
İqtisadi gündəm06:46Yanacaq qiymətləri "partlayış" həddində - Təyyarə ilə səyahət xəyala çevrilə bilər
-
Dünya03:43İrandan ABŞ-a 60 milyon dollarlıq zərbə




































