Dünya
"Buz qiyaməti"nin tarixi bəlli oldu - Kritik səviyyəyə çatacaq
Yeni tədqiqata görə, qlobal istiləşmə səbəbindən buzlaqların ərimə sürəti 2040-2055-ci illər arasında kritik səviyyəyə çatacaq.
Publika.az "The Guardian"a istinadən xəbər verir ki, Yer kürəsindəki 211 min buzlağı qorxulu ssenari gözləyir.
Hesablamaya görə, son dövrlərdə hər il təxminən 750-1000 buzlaq yox olursa, bu rəqəm 2040-cı ilə qədər üç-dörd dəfə artacaq.
Mövcud iqlim siyasəti davam edərsə, 2040-2060-cı illər arasında hər il təxminən 3000 buzlağın yox olacağı proqnozlaşdırılır. Xüsusilə ilk olaraq Alp dağlarının buzlaq itkisi yaşayacağı və 2033-cü ilə qədər 100-dən çox buzlağın tamamilə yox olacağı bildirilir.
2100-cü ilə qədər Mərkəzi Avropada bu gün mövcud olan 3200 buzlaqdan yalnız 110-nun qalacağı təxmin edilir. Bu kütləvi ərimə, kənd təsərrüfatı suvarma və içməli su üçün dağlardakı buzlaqlardan asılı olan təxminən 2 milyard insan üçün ciddi təhlükə yaradır.
Alimlər vurğulayırlar ki, bu vəziyyət təkcə fiziki itki deyil, həm də min illərdir mədəniyyətləri formalaşdıran mənzərələrin yox olması deməkdir.
Qeyd edək ki, araşdırma "Nature Climate Change" jurnalında dərc olunub.
Roza
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var



































