Dünya
Bu ölkələrin vətəndaşlarına "Green Card" verilməyəcək - SİYAHI
ABŞ-da yaşayış və iş hüquqları təmin edən "Green Card" üçün 2026-cı il müraciət cədvəlinin gecikməsi müzakirə mövzusuna çevrilib. Gecikməyə görə müraciətlərin ləğv olunmasına dair iddialar yayılır.
Publika.az xəbər verir ki, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) 19 ölkədən "Green Card" müraciətlərinin hərtərəfli nəzərdən keçiriləcəyini açıqlayıb.
Builki gecikmənin də ABŞ administrasiyasının immiqrasiya siyasətində tətbiq etdiyi yeni qaydalarla əlaqəli olduğu düşünülür. Həmçinin ABŞ prezidenti Donald Tramp noyabr ayının sonunda immiqrasiya siyasətində sərt addımlar atacağını açıqlamışdı.
Buna uyğun olaraq, bəzi ölkələrin vətəndaşlarının ABŞ-a daxil olması qadağan edilib. Onlara immiqrasiya müraciətləri, naturalizasiya prosesləri və "Green Card" vasitəsilə daimi yaşayış üçün müraciətlər dayandırılıb.
Qərar Asiya, Afrika və Latın Amerikasından 19 ölkəni əhatə edir. Bunlara Əfqanıstan, Yəmən, İran, Türkmənistan, Myanma, Laos, Kuba, Haiti, Venesuela, Liviya, Çad, Sudan, Eritreya, Somali, Syerra-Leone, Toqo, Ekvatorial Qvineya, Konqo Respublikası və Burundi aiddir.
Xatırladaq ki, ötən il "Green Card" müraciətləri 2 oktyabr - 7 noyabr 2024-cü il tarixləri arasında qəbul edilmişdi.
Roza
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var



































