Əsəd rejiminin izləri Suriya əskinaslarından da silinir
Bizi izləyin

Dünya

Əsəd rejiminin izləri Suriya əskinaslarından da silinir

Suriyanın paytaxtı Dəməşqdəki Konfrans Sarayında yeni Suriya əskinaslarının təqdimatı ilə bağlı mərasim keçirilib.

Publika.az yerli mətbuata istinadən xəbər verir ki, mərasimdə Suriya prezidenti Əhməd əş-Şaraa, Türkiyənin Dəməşqdəki səfiri Nuh Yılmaz və digər dövlət rəsmiləri iştirak ediblər.

Mərasimdə ölkənin mövcud əskinaslarının tədricən ləğvi və yeni valyutaya keçid prosesinin başlanğıcı qeyd edilib. Bununla da, Əsəd rejiminin izləri əskinaslardan da silinib.

Əskinaslarda Suriyada yetişdirilən zeytun, sitrus meyvələri, pambıq, tut, buğda və gül kimi mühüm kənd təsərrüfatı məhsullarının motivləri, eləcə də at, maral, quş və kəpənək kimi heyvan motivləri var.

Əskinaslarda səkkizguşəli Səlcuq Ulduzu motivinin yer alması da diqqəti cəlb edib.

Suriya lideri mərasimdəki çıxışında yeni valyutaya keçidin əvvəlki dövrün sonunu və müasir bir prosesin başlanğıcını təmsil etdiyini bildirib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm