Dünya
Trampın etirazçılara kömək etmək istəyinə İran XİN-dən REAKSİYA
İran Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın İrandakı etirazçılara "Amerika yardımı" ilə bağlı açıqlamalarını BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulması adlandırıb.
Publika.az xəbər verir ki, bu barədə nazirliyin bəyanatında bildirilib.
Qeyd edilib ki, bu cür məsuliyyətsiz mövqe Amerikanın İran xalqına qarşı qorxutma və qanunsuz yanaşmasının davamıdır, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin və ölkələrin milli suverenliyinə hörmətlə bağlı beynəlxalq hüququn fundamental prinsip və normalarının kobud şəkildə pozulmasıdır və İran vətəndaşlarına qarşı zorakılığa və terrorizmə təhrik kimi qiymətləndirilir.
İran XİN BMT Təhlükəsizlik Şurasının və təşkilatın Baş katibinin beynəlxalq sülhü və təhlükəsizliyi ABŞ-ın "hərbi birtərəfliliyindən" qorumaq öhdəliyini xatırladıb.
Qeyd edək ki, Tramp sosial media hesabından verdiyi açıqlamada İranın etirazçılara sərt davrandığı təqdirdə İran hökümətinə qarşı silahlı hücum edə biləcəklərini söyləyib.
Bundan sonra İranın ali dini liderinin müşaviri Əli Laricani ABŞ prezidenti Donald Trampın İrandakı etirazlara müdaxilə edə biləcəyi ilə bağlı təhdidinə reaksiya verib. Laricani ABŞ-ın bölgədəki iğtişaşlara hər hansı müdaxiləsinin bölgədə xaosa səbəb olacağını bildirib.
-
Avropa03:13Zelenski Avropa Birliyindən görün nə istədi
-
Banklar 01:41Banklardan kredit götürənlərin NƏZƏRİNƏ - Yaxın dövrdə nə gözlənilir?
-
MDB00:45Trampın kürəkəni “ağıllı” üzük və qırmızı iplə DİQQƏT ÇƏKDİ - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu iki enerji birlikdə möcüzə yaradır
-
Magazin125 Yanvar 23:36"Bu o deməkdir ki, sən sənət adamı deyilsən"
-
Region25 Yanvar 22:48İran alçaq hündürlükdə uçuşlara QADAĞA QOYDU
-
Magazin125 Yanvar 22:36"Məzar yerimi və kəfənimi almışam" - VİDEO
-
Hadisə25 Yanvar 22:12Generalın yerinə təyin edilən Arzu Yusifova İŞDƏN ÇIXARILDI
































