MDB
Trampın kürəkəni “ağıllı” üzük və qırmızı iplə DİQQƏT ÇƏKDİ - FOTO
Rusiya Prezidenti Vladimir Putin ilə Kreml görüşü zamanı ABŞ Prezidenti Donald Trampın kürəkəni, Cared Kuşner, barmağındakı “ağıllı” üzüklə diqqət çəkib.
Publika.az xəbər verir ki, bu barədə “Rossiya 1” kanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramının müəllifi Pavel Zarubin məlumat verib.
Zarubinin sözlərinə görə, oxşar qurğu Ağ Evinin baş məsləhətçisi, Federal Ümumi Xidmətlər İdarəsinin satınalmalar üzrə komissarı Joş Grünbaum tərəfindən də taxılıb. Bu cihazlar sahibinin psixoemosional vəziyyətini izləməyə, stres səviyyəsini, ürək döyüntüsünü və yuxu keyfiyyətini ölçməyə imkan verir.
Lakin aparıcının qeyd etdiyi kimi, amerikalı qonaqlar gərginlik əlamətləri göstərməyiblər: üzlərində gülümsəmə, dostcasına çiyinlərinə toxunuş və zarafatlar olub.
Zarubin ayrıca diqqəti Kuşnerin biləyindəki qırmızı ipə çəkib. Məlumata görə, bu amulet sağlamlığı qorumaq və uğur gətirmək məqsədi daşıyır.
Hüseyn İbadlı
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video
-
Qoroskop01:40Günün ulduz falı: İki seçim arasında qalacaqsız
-
Magazin223 Sentyabr 22:18Kozinoğlu işində “Kurtlar Vadisi” izi: keçmiş polis rəisi həbs edildi






































