Banklar
Banklardan kredit götürənlərin NƏZƏRİNƏ - Yaxın dövrdə nə gözlənilir?
Banklarda kredit faizlərində artım müşahidə olunur.
Publika.az "Xəzər" TV-yə istinadla xəbər verir ki, ötən il kreditləri 11-17 faizlə təklif edən banklar hazırda kreditləri meyarlardan asılı olaraq minimum 18 faizdən başlayaraq təqdim edirlər.
İqtisadçı Xalid Kərimlinin sözlərinə görə, kredit faizlərində müşahidə olunan artım Mərkəzi Bankın apardığı sərt pul-kredit siyasəti ilə bağlıdır. Belə ki, banklar əhalidən daha çox vəsait cəlb etmək üçün əmanət faizlərini yüksəldirlər. Bu isə banklar üçün vəsaitin maya dəyərinin artması deməkdir. Nəticədə banklar baha başa gələn vəsaiti kredit şəklində daha yüksək faizlə təqdim edirlər ki, bu da kredit faizlərinin artmasına səbəb olur.
X.Kərimli bildirib ki, Mərkəzi Bank inflyasiya risklərinin hələ də tam aradan qalxdığını hesab etmədiyi üçün faiz dərəcələrinin azaldılmasına tələsmir. Bu şəraitdə kredit faizlərinin yaxın dövrdə enəcəyi gözlənilmir.
İqtisadçının fikrincə, təxminən üç il əvvəl başlanan sərtləşdirmə tədbirlərinin real nəticələri məhz indi daha aydın hiss olunur. Bu isə pul-kredit siyasətinin iqtisadiyyata təsirinin gecikmə ilə baş verdiyini bir daha sübut edir.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj






.png)



























