Avropa
Qrenlandiya sakini ABŞ-ın ilhaqına razıdır - "Əsas milyon dollar almaqdır!"
ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təklif, təhdid və ideyaları gündəmdən düşmür.
Publika.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bir qrenlandiyalı jurnalistlərlə söhbətində maraqlı açıqlama verib. Evsiz olan həmin şəxs 1 milyon dolların müqavilində ABŞ vətəndaşlığını qəbul edəcəyini bildirib. Yəni, Qrenlandiyanın ABŞ-a birləşdirilməsinə razı olduğunu söyləyib.
"Mən evsizəm. Bu təklifi mütləq qəbul edərdim", - deyə 40 yaşlı şəxs ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın ilhaqı üçün mümkün kompensasiya ilə bağlı təklifinə, bu mövzuda yayılan xəbərlərə münasibət bildirib.
Ada sakini qeyd edib ki, onun üçün əsas məsələ evsizliyə son qoymaqdı və bu olduqca vacibdir. Onun amerikalı və ya qrenlandiyalı hesab olunmasının isə onun üçün heç bir fərqi yoxdur.
Müxbirlər həmçinin kişidən ingilis dilində niyə bu qədər yaxşı danışdığını soruşublar. O, cavab olaraq ingilis dilində deyil, amerika dilində danışdığını bildirib.
Qeyd edək ki, "Daily Mail" qəzetinin məlumatına görə, Prezident Donald Tramp Qrenlandiyanın hər bir sakininə adanın ABŞ-a birləşdirilməsi ideyasını dəstəkləyəcəyi təqdirdə 1 milyon dollar təklif etməyi düşünür. Adanın əhalisi təxminən 57.000 nəfərdir.
Tural
-
Qoroskop00:15Günün ULDUZ FALI - Onların bu davranışı sizi hövsələdən çıxara bilər
-
Magazin100:00"Qızımı belə böyütməməli idim" - Sənubər İsgəndərli
-
Rəsmi xronika24 Oktyabr 23:36İnfantinodan Prezidentə xatirə hədiyyələri - FOTO
-
Sosial24 Oktyabr 22:24Türkiyənin Gəncədəki baş konsulu köməkçisi ilə nişanlandı
-
Dünya24 Oktyabr 22:12Kim Çen In ən böyük hədəfini açıqladı
-
Avropa24 Oktyabr 21:48Romada etirazçılar Kolizeyə girdilər
-
Magazin124 Oktyabr 21:36“Başqa kişidən uşaq dünyaya gətirmərəm“ - Röya Ayxan
-
Hadisə24 Oktyabr 20:48Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş - Video / Yeniləndi

























.jpg)









