Magazin1
"Bu o deməkdir ki, sən sənət adamı deyilsən"
"Rollarımı çox seçmirəm. Hər dəfə yaxşı təklif gəlir. Bir aktyorun işi roldur, niyə hər şeyə çəkilməsin? Bilmirəm bahalı aktrisa necə müəyyən olunur. Normal qonorar alıram, şükür edirəm. Bundan çoxunu istəyirəm. Amma Azərbaycanda bazar balacadır. 6, 7 min istəmək nə qədər düzgün olar? Kim istəməz? Amma necə? Aldığım qonorardan çoxunu təqdim etmişəm. Bir qəpik də alsam, min qəpik də alsam yaxşı oynayıram. Mənim üçün yola vermək adıma xələl, ləkədir. Çox görürəm belə edən".
Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kəmalə Müzəffər "Həftənin qonağı" verilişində danışıb. Aktrisa illər əvvəl məşhur "Vicdan haqqı" serialından getməsi, rejissor Rövşən İsakla yaşadığı problemlə bağlı suala belə reaksiya verib:
"Vicdan haqqı"nda 10 il əvvəl yaşanan hadisədir. Həmin hadisə səhhətimlə bağlı deyildi. Bəlkə serialdan getməsəydim, bu qədər möhkəm olmayacaqdım. Həmin serialdan sonra bir neçə rolum oldu, getmək istəyirdim. Fikirləşirdim ki, burdan da getsəm, kaprizli aktrisa olacağam. Möhürüm üstümdədir: kaprizli aktrisa.
Heç kim araşdırmayacaqdı ki, bu yazıq şəraitsiz yerdə çəkilib. Nələrə tab gətirib. Gedə bilmərəm, dayanmalıyam. Əgər "Vicdan haqqı"ndan getməsəydim, indi bir daha kamera görməzdim. Çünki şəraitsizlik, rejissor səriştəsizliyi məni çox yorur. Soyuqdan donmuşam, əl-ayağım tutmayıb. İsti çay yoxdur. Amma dözmüşəm".
K.Müzəffər aparıcı Ülvira Qarayevanın aktrisa Pərvin Abıyevanın "Çəkilişdə yemək belə verilmir" sözləri haqda dediklərinə belə reaksiya verib:
"Bu şeyləri deməklə nə olur? 2-3 saat ac qalsaq necə olar? Ailədə yemək yoxdursa, ərimi atmalıyam? Küçədə çəkilirəm, soyuqdur. Şişirdək? Bu o deməkdir ki, sən sənət adamı deyilsən".
-
İdman11:18Rodriqodan ayrıldı, Tavareslə görüşdü, Eliasdan hamilə qaldı - FOTOLAR
-
Nida Xəbər 10:34Tramp onları da özü ilə Pekinə aparıb
-
Hadisə09:56Üç itkin şəhid dəfn ediləcək - FOTO
-
Region09:26Rusiyada əhaliyə xəbərdarlıq edildi: Qorxunc hücuma hazırlaşın
-
Region09:00“Survivor”da faciə: Çəkilişlər dayandırıldı - Video
-
Cənubi Qafqaz08:36Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
-
ABŞ08:24Bəy toy günü sağdışını öldürdü
-
Sosial07:17Bu gün 31 dərəcə isti gözlənilir




















.jpg)






.jpg)











