Dünya
Müharibə istəmirik, amma hücum etsələr... - Tehran yenə hədələdi
İranın xarici işlər naziri Abbas Əraqçi rəsmi səfərdə olduğu Livanda mətbuata açıqlamalar verib.
Publika.az xəbər verir ki, Əraqçi Yaxın Şərqin müxtəlif çətinliklər və təhdidlərlə üzləşdiyini vurğulayıb.
"İsrailin bölgəyə təhdidi heç vaxt bu qədər böyük olmayıb. Əvvəllər İran və Livan da daxil olmaqla 7 ölkə İsrailin hücumlarının hədəfində idi. Hətta indi də Livan ərazisinin bir hissəsi İsrailin işğalı altındadır. Keçən il imzalanan atəşkəs müqaviləsi pozulub", - deyə o qeyd edib.
Əraqçi Tehranın İsrail və ABŞ ilə müharibə istəmədiyini, lakin yenidən hücuma məruz qalacağı təqdirdə qisas almağa hazır olduğunu bildirib:
"ABŞ və İsrail İrana qarşı hücumlarını sınaqdan keçirdilər. Bu hücum və strategiya böyük bir uğursuzluqla qarşılaşdı. Bunu təkrarlasalar, eyni nəticələrlə qarşılaşacaqlar. Bütün variantlara hazırıq. Biz müharibə istəmirik, amma buna hazırıq".
Roza
-
Dünya01:20ABŞ əməliyyatdan öncə Maduroya görün nə təklif edib
-
Region00:15Əraqçi ailəsi ilə birgə İrandan qaçdı - Hansı ölkəyə?
-
Nəqliyyat9 Yanvar 22:56Bakıda bu taksi şirkəti fəaliyyətini dayandırır
-
Cənubi Qafqaz9 Yanvar 22:42Tbilisidə məşhur ticarət mərkəzi YANDI - YENİLƏNDİ
-
Region9 Yanvar 22:14Rza Pəhləvi Trampdan kömək istədi: İrana müdaxilə etməyə hazır olun!
-
Maraq dünyası9 Yanvar 22:0040 ildir izlənirdi: Dünyanın ən böyük aysberqi bir neçə günə parça-parça olacaq
-
MDB9 Yanvar 20:48Rusiya Qara dənizdə 2 gəmiyə zərbə endirdi: Ölü və yaralılar var - FOTO
-
Hadisə9 Yanvar 20:12Nəsimi Nəbizadənin qardaşı həbs olundu - YENİLƏNDİ













.jpg)


















