Səhiyyə
Azərbaycanda bu dərmanlar satışdan çıxarıldı: Heyrətamiz səbəblər - FOTOLAR
Apteklərdə bir vaxtlar asanlıqla tapılan bəzi dərmanlar bu gün yoxa çıxıb. Xüsusən də ürək-damar xəstəliklləri və təzyiqdən əziyyət çəkən xəstələr üçün nəzərdə tutulmu. "Eskolan", "Rileys-Plyus", "Vozolip Genercon", “Tensikey Complex” və digər preparatları tapmaq artıq mümkün deyil. Hansı aptekə müraciət edilsə, cavab eynidir: “Artıq gəlmir”.
Bununla bağlı redaksiyamıza müraciət edən vətəndaşlar bildirirlər ki, illərlə istifadə etdikləri və orqanizmlərinin uyğunlaşdığı dərmanların səbəbsiz şəkildə apteklərdən yoxa çıxması onları çarəsiz vəziyyətdə qoyub. Onların sözlərinə görə, təklif edilən əvəzləyicilər həm bahadır, həm də əvvəlki dərmanlar qədər effekt vermir.

Maraqlıdır, bu dərmanlar niyə apteklərə gətirilmir?
Mövzu ilə bağlı Publika.az-ın suallarını cavablandıran Azərbaycan Həkimləri İctimai Birliyinin üzvü, ADU-nun dosenti, cərrah Ədalət Rüstəm bildirdi ki, qeyd edilən dərmanların apteklərdə tapılmamasının iki əsas səbəbi var:
“Birincisi, bəzi dərmanlar Rusiyadan gətirilirdi. Həmin preparatlar da Rusiyaya Avropa ölkələrindən daxil olurdu. Avropa ölkələrinin Rusiyaya tətbiq etdiyi sanksiyalar nəticəsində bu dərmanların tədarükü dayandırılıb. Bizim şirkətlərin həmin ölkələrlə birbaşa müqavilələrinin olmaması da idxalı çətinləşdirir”.

Ədalət Rüstəmin sözlərinə görə, bəzi dərmanlar süni qiymət artımı yaratmaq üçün qəsdən apteklərdən yığışdırılır:
“Bəzi şirkətlər dərmanları qiymətləri yüksəltmək məqsədilə qəsdən apteklərdən geri çəkir. Depolara göstəriş verilir ki, müəyyən preparatlar satışa çıxarılmasın. Bir müddət sonra isə həmin dərmanlar daha yüksək qiymətlə yenidən satışa təqdim olunur”.
Gülnar Süleymanova
-
Art19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
-
İnanc18:36“Azərbaycanda hicabın qadağan olunmasını heç yerdə görmürəm” - VİDEO
-
Magazin118:24“Bu gün verilən qərarlara görə bir neçə il sonra təşəkkür edəcəksiniz”
-
Nida Təhlil 17:00Məktəbli forması şəxsi seçim deyil, ümumi qaydalarla tənzimlənməlidir - Professor
-
Dünya15:32Bu ehtiyatlar da yoxa çıxır: Dünyanın daha bir ciddi ərzaq böhranı gözləyir
-
Dünya13:38Rusiya geri çəkildi, bu bazarı Türkiyə tutur
-
Rəsmi xronika11:02İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü oldu
-
Nida Xəbər 10:39Pensiya alanların nəzərinə

































