Nida Təhlil
Xamenei qaçmağa hazırlaşır: Sərvətini toplayıb bu ölkəyə gedəcək
İran rejimi davam edən etirazlar fonunda dini lider Əli Xameneinin ölkədən qaçırılması ilə bağlı B planı hazırlayıb.
Publika.az xəbər verir ki, bu barədə İngiltərənin “Times” nəşri yazıb.
Nəşr kəşfiyyat mənbələrinə istinadən qeyd edir ki, 86 yaşlı Xamenei ordu və təhlükəsizlik qüvvələrinə nəzarəti itirəcəyi təqdirdə köməkçiləri və ailəsinin daxil olduğu 20 nəfərlik qrupla ölkədən qaçmağı planlaşdırır.
Mənbələr bildirir ki, Xameneinin mümkün varisi hesab olunan oğlu Müctəba da plana daxildir. Keçmiş kəşfiyyatçı Beni Sabti isə hesab edir ki, Xamenei Moskvaya qaça bilər.
Qaçış planı Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Rusiyaya sığınması təcrübəsinə əsasən hazırlanıb. Məlumatlara görə, Xamenei qaçış zamanı təhlükəsiz şəkildə Rusiyaya transfer edə bilmək üçün daxildə və xaricdəki sərvətini toplamağa başlayıb.
İranda davam edən etiraz aksiyalarının hələlik rejimi dəyişmək gücündə olmadığı müşahidə edilir.
Birincisi, etirazlar ölkənin bütün bölgələrinə yayılmayıb;
İkincisi, aksiyalarda liderin olmaması koordinasiyanın qurulması problemi yaradır.
Bununla yanaşı, rejimin ölkə daxilində hələ də dayaqları qalmaqdadır, xüsusilə dini qruplar arasında bu hiss olunur. Təhlükəsizlik qüvvələri etirazları yatırmaq üçün zorakılığa əl atır, artıq onlarla insanın öldürüldüyü məlumatları var. Bu kontekstdə etirazçıları “iğtişaşçı” adlandıran və cəzalandırılması göstərişini verən Xamenei başda olmaqla rejimin sona qədər dirənəcəyi ehtimalı daha çoxdur. Hərçənd, ABŞ-ın İrana müdaxilə etməsi ssenarisi zəif ehtimal olsa belə, mövcuddur. Bu ssenaridə rejimin dirənişi sual altına düşə bilər.
Asif
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)











