Dünya
Sosial mediada paylaşım etdi, sonra arvadını güllələdi
Boşanma mərhələsində olduğu arvadını güllələyən şəxsin hadisədən əvvəl sosial şəbəkədə paylaşım etdiyi məlum olub.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.
Məlumata görə, boşanma prosesində olan Ahmet Yıldız ilə həyat yoldaşı Tuğçe Yıldız arasında evlərində mübahisə yaranıb. Mübahisə zamanı Ahmet Yıldız üzərində gəzdirdiyi silahla arvadına atəş açıb.
Qadın sinə və qarın nahiyəsindən ağır yaralanıb, şübhəli isə hadisə yerindən qaçıb. Silah səslərini eşidən qonşuların məlumatı əsasında əraziyə polis və təcili tibbi yardım qrupları cəlb olunub.
Hadisədən sonra polisə təslim olan Ahmet Yıldız ifadəsində həyat yoldaşını ona xəyanət etdiyi üçün vurduğunu bildirib. Məlumata görə, şübhəli hadisədən əvvəl sosial media hesabında “Bilərəkdən və ya bilməyərək incitdiyim hər kəsdən üzr istəyirəm. Qurd çətinlik çəkir, son mərhələsindədir” məzmunlu paylaşım edib.
Roza
-
Nida Xəbər 18:10Azərbaycanda yeni gömrük yığımları tətbiq ediləcək
-
Sosial16:55Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Ekologiya16:42Əhaliyə xəbərdarlıq edildi: Yanvarın 13-ü axşamdan 14-ü axşamadək...
-
Rəsmi xronika15:56Su təchizatı ilə bağlı Dövlət Proqramı təsdiqləndi
-
Rəsmi xronika15:27Prezident müşavirə keçirdi - YENİLƏNDİ
-
Dünya14:24Müharibəyə də, dialoqa da hazırıq - İrandan Trampa cavab
-
Rəsmi xronika13:55Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti azaldıldı
-
ABŞ13:36İran içəridən partladılacaq: Vaşinqtonun GİZLİ PLANI






.jpg)






.jpg)

.jpg)
.jpg)





















