İdman
Qara Qarayevə VƏZİFƏ VERİLDİ
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının məşqçilər heyətində yeni təyinatlar həyata keçirilib.
AFFA-dan Publika.az-a verilən məlumata görə, qərara əsasən, Rəşad Hüseynov U-21-in məşqçisi, Qara Qarayev isə analitik vəzifəsinə təyin olunub.
AFFA rəhbərliyi yeni təyinatların 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin inkişafına, gənc oyunçuların hazırlıq prosesinin daha səmərəli təşkilinə və beynəlxalq oyunlara daha sistemli şəkildə hazırlanmalarına töhfə verəcəyinə ümid edir.
Qeyd edək ki, 25 yaşından məşqçilik fəaliyyəti ilə məşğul olan Rəşad Hüseynov müxtəlif illərdə "Rəvan", "Zirə", "Sabah" və "Neftçi" klublarında çalışıb. 36 yaşlı mütəxəssis "Sabah"da əsas komandanın baş məşqçisinin köməkçisi vəzifəsini də yerinə yetirib.
Azərbaycan futbolunun tanınmış simalarından olan Qara Qarayevin isə peşəkar karyerasının böyük hissəsi "Qarabağ"la bağlı olub. Milli komandamızın 33 yaşlı sabiq yarımmüdafiəçisi daha sonra "Neftçi" və "Araz-Naxçıvan"da çıxış edib.
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI










.jpg)


























