Sosial
Azad olunan ərazilərə qayıdanlara XƏBƏRDARLIQ: Bu, yeni faciələrə yol aça bilər
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şura gündəlik fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə həyata keçirən şəxslərə, eləcə də doğma yurdlarına qayıdan əhaliyə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bu barədə qurum üzvlərinin son vaxtlar azad edilmiş ərazilərdə ardıcıl mina hadisələrinin baş verməsi ilə əlaqədar apardıqları müzakirələrin yekun nəticəsi olaraq ictimaiyyətə yaydıqları açıqlamada qeyd olunub.
Bildirilib ki, son günlər azad edilmiş ərazilərdə ardıcıl mina hadisələrinin baş verməsi ciddi narahatlıq doğurur:
"Yeni ilin ilk günlərində artıq ikinci mina hadisəsi qeydə alınıb. İkinci Qarabağ müharibəsindən sonra ötən dövr ərzində 417 nəfər mina və partlamamış hərbi sursatların partlayışı nəticəsində həlak olub və ya müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Zərərçəkmişlər arasında regiona səfər edən mülki şəxslər, kənd təsərrüfatı ilə məşğul olanlar, bərpa-quruculuq işlərində iştirak edən işçilər, jurnalistlər, hərbçilər, eləcə də xidməti vəzifələrini yerinə yetirən qurumların əməkdaşları var".
ANAMA yanında İctimai Şura bir daha diqqətə çatdırır ki, təmizlənməmiş ərazilərə daxil olmaq, naməlum əşyalara toxunmaq, xəbərdarlıq nişanlarına məhəl qoymamaq ağır və bəzən geridönüşü olmayan nəticələrə səbəb olur:
"Məhz təhlükəsizliyin təmin edilməsi, baş verə biləcək mina hadisələrinin qarşısının alınması məqsədilə mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirkləndirilmiş ərazilərin müvəqqəti olaraq konservasiya olunaraq çəpərlənməsi fəaliyyəti icra edilir. Xüsusən, gündəlik fəaliyyətini işğaldan azad edilmiş ərazilərdə həyata keçirən şəxslər, eləcə də doğma yurdlarına qayıdan əhalinin tələb olunan qaydalara riayət etməsi həyati vacibdir".
Qeyd olunub ki, bu gün mina təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən müvafiq kompleks işlər davam etdirilir:
"Mina təhlükəsinin qarşısının alınmasında yalnız dövlət qurumlarının deyil, hər bir vətəndaşın məsuliyyətli davranışı həlledici əhəmiyyət daşıyır. İnanırıq ki, təhlükəsizlik qaydalarına əməl etmək insan həyatını qorumağın ən etibarlı yoludur. Qeyd olunanları nəzərə alaraq, regionda istisnasız olaraq hər kəsi yalnız icazə verilmiş və təmizlənmiş ərazilərdə fəaliyyət göstərməyə, xəbərdarlıq nişanlarına ciddi yanaşmağa, şübhəli əşya və ya mina riski olan hallarla rastlaşdıqda dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırıq. Dünyada insan həyatının qorunmasından qiymətli heç nə yoxdur. Yaddan çıxarmayaq ki, mina təhlükəsinə laqeyd yanaşma yeni faciələrə yol aça bilər".
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu
-
Nida Xəbər 2 Aprel 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI



































