Dünya
Danimarka və Qrenlandiya ABŞ ilə danışıqlara hazırlaşır
Adanın statusu ilə bağlı gərgin müzakirələr fonunda Danimarka və Qrenlandiya yanvarın 14-də ABŞ ilə danışıqlar aparacaq.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" Danimarka mətbuatına istinad edib.
Bildirilir ki, Vaşinqtonda keçiriləcək görüşdə Danimarkanın xarici işlər naziri Lars Lokke Rasmussen və Qrenlandiyanın xarici işlər naziri Viviane Motzfeldt iştirak edəcək.
Həmçinin ABŞ dövlət katibi Marko Rubionun da iştirakı gözlənilir. Buna görə də qeyd olunur ki, ABŞ Dövlət Departamenti görüşün tarixini dəyişdirə bilər.
Kopenhagen ümid edir ki, danışıqlar Vaşinqtonla münasibətlərdə gərginliyi azaltmağa kömək edəcək. Danışıqların səbəbi ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların Venesueladakı əməliyyatından sonra Qrenlandiya ilə bağlı verdiyi yeni açıqlamalar olub.
Bu açıqlamalar həm Danimarkada, həm də NATO müttəfiqləri arasında narahatlıq doğurub.
Adəm
-
Nida Xəbər 18:10Azərbaycanda yeni gömrük yığımları tətbiq ediləcək
-
Sosial16:55Bakı sakinlərinə ŞAD XƏBƏR
-
Ekologiya16:42Əhaliyə xəbərdarlıq edildi: Yanvarın 13-ü axşamdan 14-ü axşamadək...
-
Rəsmi xronika15:56Su təchizatı ilə bağlı Dövlət Proqramı təsdiqləndi
-
Rəsmi xronika15:27Prezident müşavirə keçirdi - YENİLƏNDİ
-
Dünya14:24Müharibəyə də, dialoqa da hazırıq - İrandan Trampa cavab
-
Rəsmi xronika13:55Prezident təsdiqlədi: Onların hərbi xidmət müddəti azaldıldı
-
ABŞ13:36İran içəridən partladılacaq: Vaşinqtonun GİZLİ PLANI






.jpg)





.jpg)

.jpg)
.jpg)






















