Region
Kuryerin gətirdiyi bağlama elit yaşayış kompleksində PARTLADI - Yaralılar var
Kuryer tərəfindən çatdırılan bağlama İstanbulun qərbindəki Zeytinburnu rayonundakı elit yaşayış kompleksində partlayıb.
Publika.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Məlumata görə, kuryer qutunu qeydiyyat bölməsində masanın üstünə qoyub və bağlama daha sonra partlayıb. Qutunu açan, baş hərfləri D.X. olan şəxs göz və əl nahiyəsindən xəsarətlər alıb. Hadisə nəticəsində daha iki mühafizəçi də yaralanıb. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır. Partlayıcı qurğunun növü və hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.
Hüseyn İbadlı
-
Ekologiya07:17Bu gün 40 dərəcə isti olacaq - PROQNOZ
-
İdman06:46“Barselona” onu yalnız bu halda satacaq
-
Magazin106:16Vüsalə bağ evindən görüntülər paylaşdı - VİDEO
-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu


































