ABŞ və İsrail ölkəmizə İŞİD yaraqlılarını göndərib - İran rəsmisi
Bizi izləyin

Dünya

ABŞ və İsrail ölkəmizə İŞİD yaraqlılarını göndərib - İran rəsmisi

ABŞ və İsrailin İŞİD yaraqlılarını İrana göndərdiyi iddia olunub.

Publika.az xəbər verir ki, bu barədə İranın Baş Qərargah rəisi Əbdürrəhim Musəvi bəyanat yayıb.

Onun iddiasına görə, ABŞ və İsrailin göndərdiyi İŞİD yaraqlıları İran xalqına və təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçirir:

"ABŞ və İsrail 12 günlük müharibədə məğlubiyyətlərinin əvəzini çıxarmaq üçün İŞİD yaraqlılarını İrana göndəriblər. Bu muzdlular İran xalqına və təhlükəsizlik qüvvələrinə qarşı hücumlar həyata keçirərək onları şəhid ediblər. Əgər terrorçular arasında günahsız, lakin cahil insanlar olmasaydı, təhlükəsizlik qüvvələri zorakılığın bu dərəcədə artmasına imkan verməzdi".

Musəvi qeyd edib ki, İran ərazi bütövlüyünün və suverenliyinin pozulmasına yol verməyəcək: "Düşmən bilməlidir ki, İran təhlükəsizlik qüvvələri heç bir terrorçunun küçələrə çıxmasına icazə verməyəcək".

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm