Dünya
Baxçalıdan İranla bağlı şok açıqlama: Təhdid olduqca tanışdır
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı partiyasının qrup toplantısında İrandakı iğtişaşlarla bağlı açıqlamalar verib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Baxçalı İrandakı iğtişaşların Türkiyəni təhdid etdiyini bildirib.
"İrana zərbə vuranların, İranı iflic etmək üçün gizli əməliyyatlar aparanların kimliyi məlumdur. Təhdid olduqca tanışdır. "Gəzi Parkı" hadisələri ilə oxşarlıqlara diqqət çəkmək lazımdır. Bu gün birlik olmaq günüdür", - deyə o vurğulayıb.
Baxçalının sözlərinə görə, ABŞ prezidenti Donald Trampın İrandakı hadisələrlə bağlı açıqlamaları dünyanın öz yolundan çıxmasının göstərcisidir:
"Təxminən 5 milyard insan münaqişələrin və müharibələrin mərkəzindədir. Trampın sözləri dünyanın öz yolundan çıxmasından başqa bir şey deyil. ABŞ prezidentinin müdafiə etdiyi qlobal kartelləşmədir. Bu, zorakılığa və silahlara əsaslanan siyasətlə qitələrin və coğrafiyaların qanunsuz blokadasıdır. ABŞ-ın qlobal təşkilatlardan tədricən çıxması və bəşəriyyətin sonu üçün hazırladığı ssenarilər danılmaz bir reallıqdır".
Roza
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO
-
Avropa04:44Vens xanımı ilə Budapeştə gedir - Orbana dəstək verəcəklər
-
Sosial01:11Bakı mavi rəngə büründü - FOTO
-
Region00:00SEPAH-dan ABŞ-a dəhşətli mesaj
-
Region2 Aprel 23:00Qardaş ölkədə güclü zəlzələ oldu
-
Magazin12 Aprel 22:55"Avroviziya-2026"da Azərbaycan təmsilçisi ikinci çıxış edəcək
-
Dünya2 Aprel 22:24Ata və anadan DƏHŞƏTLİ ƏMƏL - Beş uşağı 69 min dollara...
-
Sosial2 Aprel 21:36Beş il əvvəl itkin düşmüş iti ilə yenidən qovuşdu































