Dünya
NATO Türkiyədən görün nə tələb etdi
NATO Türkiyədən Baltikyanı ərazilərdə vaxtından əvvəl patrul xidməti üçün F-16 təyyarələri yerləşdirməsini istəyib.
Publika.az xəbər verir ki, "Bloomberg" bu barədə mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, NATO Türkiyədən planlaşdırılan rotasiyadan bir neçə ay əvvəl, 2026-cı ildə alyansın Baltik Hava Polisi missiyasında iştirak etmək üçün F-16 qırıcıları təmin etməsini istəyib.
Agentliyin mənbələri bildirib ki, avqustdan dekabra qədər Estoniyada təklif olunan dörd aylıq qoşun rotasiyası Rusiyanın hava məkanını pozmasından sonra alyansın müdafiəsini gücləndirməklə bağlıdır.
Onların sözlərinə görə, Türkiyə artıq 2026-cı ilin dekabrından 2027-ci ilin martına qədər Rumıniyaya döyüş təyyarələri yerləşdirməyi planlaşdırırdı. Lakin Ankara NATO-nun tələbinə necə cavab verəcəyinə hələ qərar verməyib.
Türkiyə qırıcı təyyarələri bu missiyanın bir hissəsi olaraq sonuncu dəfə 2025-ci ilin əvvəlində patrul xidməti həyata keçirib.
Ləman
-
Region20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR











.jpg)























