Nida Təhlil
Xameneinin “aradan götürülməsi” – Trampa çıxış yolu təklif edilir
Nobel mükafatı laureatı Şirin Ebadi və kinorejissor Möhsün Məxməlbaf kimi tanınmış iranlılar baş verənlərin mümkün həll yolu kimi ABŞ-ın Xameneini və SEPAH rəhbərliyini “aradan götürməsi”ndə görürlər. Radikal seçim olan bu variant 12 günlük müharibədən fərqli olaraq, indi mümkün seçimlər arasında ola bilər.
12 günlük müharibədə İranın hərbi-siyasi rəhbərliyi İsrail tərəfindən bir-bir neytrallaşdırıldığı vaxt Xameneinin də öldürülməsi imkanları vardı. Lakin həmin vaxt belə bir addımın atılması onun “şəhid obrazında” qəhrəmanlaşmasına səbəb olar və təkcə İranda yox, “müqavimət oxu” adlandırdıqları coğrafiyada “vahid cəbhəni” gücləndirərdi. İndi situasiya fərqlidir:
- İranda Xameneinin toxunulmazlığı streotipi böyük ölçüdə qırılıb;
- Ciddi şəkildə zəifləyən “müqavimət oxu” coğrafiyasındakı “Vilayəti-fəqih” tərəfdaları daha çox “sağ qalmaq” haqqında düşünürlər;
Xameneinin neytrallaşdırılması 12 günlük müharibə dövründə proqnozlaşdırılan riskli effekti verməyə bilər.
Dini lider rejim daxilində rəqabətdə olan və post-Xamenei dövründə önə çıxmaq uğrunda mübarizə aparan tərəflər üçün birləşdirici fiqurdur. Onun yoxluğu İranda daha öncə gözlənilən post-Xamenei dövrünün post-rejim dövrünə keçidini sürətləndirə bilər.
Asif Nərimanlı
-
Hadisə07:35Dənizdə boğulma halları niyə artır? - Video
-
ABŞ02:43Tramp bəyan etdi: Hörmüz minalardan tamamilə təmizlənib
-
Qoroskop01:40Günün ulduz falı: emosional qərarlar verməkdən çəkinin
-
Hadisə00:27Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat10 Avqust 21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region10 Avqust 20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə10 Avqust 19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal10 Avqust 19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi





































