Dünya
Məktəb avtobusu yük maşını ilə toqquşdu: 14 şagird öldü - VİDEO
Cənubi Afrikada faciəli yol qəzası baş verib. İbtidai və orta məktəb şagirdlərini daşıyan məktəb avtobusu yük maşını ilə toqquşub.
Publika.az xəbər verir ki, yerli mətbuatın məlumatına görə, qəza səhər saat 7:00 radələrində Yohannesburqun cənub-qərbindəki Vanderbijlpark şəhərində baş verib.
Şagirdləri özəl məktəbə aparan məktəb avtobusu qarşısındakı digər avtomobilləri ötmək istəyərkən qarşı tərəfdən gələn yük maşını ilə toqquşub. Qəza xəbərindən sonra hadisə yerinə çoxlu sayda təcili yardım maşınları göndərilib və 11 şagirdin hadisə yerində öldüyü müəyyən edilib.
Digər 3 şagirdin isə bütün müdaxilələrə baxmayaraq xəstəxanada dünyasını dəyişdiyi bildirilir. Yaralanan 3 şagirdin müalicəsi davam edir.
Polis hər iki sürücünün qəzadan xəsarətlə sağ çıxdığını açıqlayıb. Hadisə ilə bağlı ətraflı araşdırmalara başlanılıb.
Tural
-
Region12:48Tramp Paşinyana da dəvət göndərdi: Nə cavab verib?
-
Nida Xəbər 12:36Məzahir Pənahov vəzifədən gedir? - ÖZÜ DANIŞDI
-
Maraq dünyası11:46Qışda böyük yüksəliş: 5 bürc varlanacaq
-
Sağlamlıq11:25Dünya bu il yeni pandemiya ilə üzləşəcək: TƏHLÜKƏ QAPIDA
-
Nida Xəbər 10:21Türkiyə XİN-dən 20 Yanvar faciəsi ilə bağlı paylaşım - FOTO
-
Sosial09:45Hazırda bu yollar bağlanıb - Sürücülərə XƏBƏRDARLIQ
-
Rəsmi xronika08:43İlham Əliyev Şəhidlər xiyabanını ziyarətinə dair VİDEOÇARX paylaşdı
-
Nəqliyyat07:35Taksi kartı ilə bağlı sürücüləri çaşbaş salan vəziyyət: "Xəbərimiz yoxdur" - VİDEO



































