Dünya
Zelenski razılaşmaya hazırdır - Tramp elan etdi
ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskinin razılaşma əldə etmək istədiyini bildirib.
Publika.az xəbər verir ki, onun jurnalistlərlə bu barədə söhbəti Ağ Evin “YouTube” kanalında yayımlanıb.
“O (Zelenski - red.) razılaşma əldə etmək istədiyini dedi. Biz altı və ya yeddi aydır danışılan məsələləri müzakirə edirik”, - deyə Tramp bildirib.
Bu, Trampın Davosda keçirilən Dünya İqtisadi Forumunda danışıqlar zamanı Vladimir Zelenskinin dedikləri ilə bağlı suala cavabıdır. Lakin ABŞ prezidenti təfərrüatlara varmayıb.
Xatırladaq ki, "The Financial Times" qəzeti Tramp və Zelenski arasında Davosda Dünya İqtisadi Forumu çərçivəsində keçirilən görüşün əvvəlcədən hazırlanmış sənədlərin imzalanması ilə nəticələnmədiyini yazıb. Qəzetin məlumatına görə, liderlərin danışıqları təxminən bir saat davam edib, lakin tərəflər heç bir razılığa gələ bilməyiblər ki, bu da Zelenskini məyus edib.
-
ABŞ11 Fevral 23:55Ağ Evdə Netanyahu-Tramp görüşü: 3 saat İranı müzakirə etdilər - Yeniləndi
-
Hadisə11 Fevral 22:06Azərbaycanda ana 40 günlük körpəsindən imtina etdi
-
Nida Xəbər 11 Fevral 21:00Həyat yoldaşını Bakı aeroportunda buna görə öpübmüş - Video
-
Elm və təhsil11 Fevral 20:12Bu şagirdlər 11-ci sinifdə buraxılış imtahanını yeni formatda verəcəklər
-
Magazin111 Fevral 20:00Oğlum müğənni qız alsa, özümü öldürərəm - Xanəndə Kəmalə
-
Ekologiya11 Fevral 19:30Qatı duman bürüdü: Bakı–Şamaxı–Yevlax yolunda hərəkət ləngiyir
-
İdman11 Fevral 18:50Nərimandan "Qarabağ"la bağlı paylaşım
-
Nida Xəbər 11 Fevral 17:45İlham Əliyev məmurlara bu tapşırığı verdi











.jpg)







.jpg)


















