PSJ-nin qapıçısı Azərbaycana gəlir? - "Sabah"dan açıqlama
Bizi izləyin

İdman

PSJ-nin qapıçısı Azərbaycana gəlir? - "Sabah"dan açıqlama

"Sabah"ın PSJ-nin gənc qapıçısı Bilal Lorendon ilə danışıqlar apardığı barədə məlumat vermişdik.

Fransanın "L'Équipe" nəşrinin iddiasına görə, Premyer Liqa təmsilçisi perspektivli qapıçını mövsümün sonunda azad agent statusu ilə heyətinə qatmaq istəyir. Çünki 20 yaşlı mərakeşli qolkiperin parislilərlə müqaviləsi 2026-cı ilin iyununa qədər qüvvədədir.

Məsələ ilə bağlı "Sabah"la əlaqə saxladaq. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Publika.az-a açıqlamasında xəbəri nə təkzib, nə də təsdiq edib:

"Klubumuzun seleksiya xidməti mövsüm ərzində komandamızı gücləndirə biləcək futbolçuların axtarışı istiqamətində fəaliyyətini davam etdirir. Hər hansı keçid rəsmiləşdirildiyi halda, bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək".

Qeyd edək ki, Lorendon bu mövsüm əsasən PSJ-nin U-23 komandasında çıxış edib. O, Mərakeşin aşağı yaş qrupları üzrə milli komandalarının formasını geyinib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm