Dünya
İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
İstanbulun Kağıthane rayonunda 57 yaşlı Azərbaycan vətəndaşı Lətifə İbadovanın meyiti yaşadığı mənzildə aşkarlanıb.
Publika.az xəbər verir ki, hadisə Çağlayan məhəlləsində baş verib. Daxil olan məlumat əsasında qeyd olunan ünvana yollanan polis əməkdaşları qapı-pəncərəsi açıq olan evdə qadının hərəkətsiz vəziyyətdə olduğunu müəyyən ediblər.
İlkin müayinə zamanı L.İbadovanın bədənində hər hansı xəsarət, döyülmə və ya kəsici-deşici alət izləri aşkarlanmayıb. Mənzildə həmçinin narkotik olduğu ehtimal edilən maddə tapılıb.
Hazırda polis qadınla birgə yaşayan Fərhad adlı şəxsin axtarışlarını davam etdirir. Məhəllə sakinləri həmin şəxsin polis gəlməzdən təxminən 15 dəqiqə əvvəl evdən çıxdığını bildiriblər.
Lətifə İbadovanın meyiti ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün məhkəmə tibbi ekspertizaya təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
-
Magazin220:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı
-
Nida Xəbər 15:49Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
-
Dünya14:45Ərdoğan ABŞ-da o uşağı gördü, yanına çağırdı, qızıl sikkə verdi - VİDEO
-
Qoroskop12:54Bu 3 bürc üçün şanslı günlər başladı
-
Nəqliyyat11:30Bu avtobuslar daha "Şamaxı yolu"nda dayanmayacaq








.jpg)




.jpg)



















.jpg)


