İdman
“Qalatasaray” Viktor Osimhenlə bağlı qərar verdi
“Qalatasaray” “Atletiko Madrid”, “Barselona” və “Tottenhem” kimi nəhəng klubların maraq göstərdiyi Viktor Osimhenlə bağlı son qərarını verib.
“Qalatasaray”ın rekord transfer məbləği ödəyərək heyətinə qatdığı və son iki mövsümdə qazanılan çempionluqlarda mühüm rol oynayan Viktor Osimhenə maraq göstərən klubların sayı artmaqda davam edir.
Publika.az xəbər verir ki, “Mançester Yunayted”, “Tottenhem” və “Barselona”dan sonra La Liqanın digər nəhəngi “Atletiko Madrid” də nigeriyalı ulduzu heyətinə qatmaq üçün hərəkətə keçib. Lakin İstanbul təmsilçisinin rəhbərliyi bununla bağlı qərarını verib.
“Qalatasaray” transfer pəncərəsinin qalan hissəsində Osimhen məsələsini tamamilə bağlamaq qərarına gəlib. Klub rəhbərliyinin futbolçu ilə bağlı menecerlər vasitəsilə gələ biləcək təklif və təşəbbüsləri belə nəzərdən keçirməyəcəyi bildirilir.
Mövsümün əvvəlində Osimhen üçün 120-140 milyon avro civarında astronomik təklif gələcəyi təqdirdə vəziyyətin nəzərdən keçirilə biləcəyi bildirilirdi. Lakin hazırda bu yanaşmadan tamamilə imtina edilib.
Məşqçilər korpusu və klub rəhbərliyi Osimheni həm Super Liqadakı hədəflərin, həm də Çempionlar Liqası planlarının mərkəzində görür.
“Qalatasaray” transfer pəncərəsi başa çatana qədər məbləğindən asılı olmayaraq ulduz hücumçu ilə bağlı heç bir danışıqlar aparmağı düşünmür.
Klub daxilində mövqe dəqiqdir: Osimhen satışa çıxarılmayacaq!
-
Yaxın Şərq15:48ABŞ bu məsələdə İrana güzəştə getdi - 9 milyardlıq razılaşma
-
Sosial15:00Dekabrda neçə gün iş olmayacaq?
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ























.jpg)








.jpg)



