Cənubi Qafqaz
Kremlin adamı Bakının sülh tələbinə qarşı çıxacaqlarını elan etdi
Ermənistan parlamentindəki revanşistlər Azərbaycana qarşı ərazi iddialarının yer aldığı konstitusiyanın dəyişdirilməsinə qarşı çıxacaqlarını bəyan ediblər.
Publika.az xəbər verir ki, “Güclü Ermənistan” partiyasının deputatı, rusiyalı milyarder Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan yeni konstitusiya layihəsini dəstəkləməyəcəklərini bəyan edib: “Referendumun keçirilməsi üçün “Güclü Ermənistan” fraksiyasının razılığı tələb olunur. Biz buna qarşıyıq”.
Karapetyan iddia edib ki, konstitusiyanın dəyişdirilməsi Bakının tələbidir.
“Azərbaycanın tələbini qəbul etmirik. Biz sülh müqaviləsinə doğru irəliləyirik. Bu lazımdır, amma gələcək təhdidlərə görə bir sıra qapını bağlamalıyıq. Əmin olun ki, bütün siyasi addımlarımız sülhə yönələcək, lakin etnik dəyişikliyə imkan verməyəcəyik. Onlar Qərbi Azərbaycandan, qayıdışdan danışırlar. Buna imkan verməyəcəyik. Sülh elə olacaq ki, heç kim bizim daxili işlərimizə qarışa bilməyəcək”, - Karapetyan iddia edib.
Qeyd edək ki, Ermənistanın mövcud konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları yer alır. Rəsmi Bakı yekun sülh müqaviləsinin imzalanması üçün İrəvandan konstitusiyaya dəyişiklik edilməsini tələb edib.
Asif
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...

































.jpg)
.jpg)

