İsrail kanalı onun ölüm xəbərini yaymışdı: Bu video ilə cavab verdi
Bizi izləyin

Dünya

İsrail kanalı onun ölüm xəbərini yaymışdı: Bu video ilə cavab verdi

İsrailin "Channel 12" telekanalı İrandakı etirazlarda yəhudi əsilli dörd nəfərin öldürüldüyünü iddia edib.

Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, ölənlərdən biri kimi israilli aktivist Noya Tsiyonun şəkilləri yayımlanıb.

İttihamlardan sonra Tsiyon sosial media hesabında paylaşdığı videoda haqqında yayılan xəbərlərin yalan olduğunu bildirib. O, ölüm xəbərini görüb təəccübləndiyini deyib.

"Bunu yaşadığımı görmək inanılmazdır. Evdəyəm və tezliklə idman etməyə çıxacağam. İranda heç bir qohumunun və ya tanışım yoxdur", - deyərək təəccübünü ifadə edib.

"Channel 12" məsuliyyəti rədd edərək görüntülərin sosial mediada dünya miqyasında yayıldığını iddia edib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm