Sürücü itinə görə iki il piyada qalacaq
Bizi izləyin

Dünya

Sürücü itinə görə iki il piyada qalacaq

Avstraliyanın Tasmaniya əyalətində çimərlikdə baş verən qeyri-adi hadisədən sonra bir kişinin sürücülük vəsiqəsi ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Bildirilir ki, o, itini avtomobilin sükanı arxasında oturdub, özü isə yanında əyləşib.

Hadisəni görən digər sürücülər polisə ağ rəngli "Mitsubishi Triton" markalı avtomobili itin idarə etdiyini və yanında bir kişinin oturduğunu bildiriblər.

Polislər avtomobili və 50 yaşlı sahibini tapıblar. O, avtomobili sərxoş vəziyyətdə idarə etməkdə ittiham edilib.

Məhkəmə onun sürücülük vəsiqəsini iki il müddətinə ləğv edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm