Minlərlə hesab bağlanır: Sosial media haqqında qanun layihəsi təsdiqləndi
Bizi izləyin

Dünya

Minlərlə hesab bağlanır: Sosial media haqqında qanun layihəsi təsdiqləndi

Avstraliya 10 dekabr 2025-ci ildə 16 yaşdan kiçiklərə sosial media məhdudiyyətləri tətbiq etdikdən sonra Avropada da oxşar addımlar nəzərdən keçirilməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilib ki, bu kontekstdə Fransa Milli Assambleyası prezident Emmanuel Makron tərəfindən dəstəklənən və 15 yaşdan kiçik uşaqların sosial mediaya çıxışının qadağan edilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Qanun layihəsi Senatdan da keçərsə, qüvvəyə minəcək.

Bununla da 15 yaşdan kiçik uşaqların "Snapchat", "Instagram" və "TikTok" kimi sosial media platformalarından istifadəsi qadağan ediləcək. Daha az zərərli hesab edilən platformalara giriş yalnız valideynlərin razılığı ilə mümkün olacaq. Həmçinin, orta məktəblərdə mobil telefon istifadəsi də qadağaya daxil ediləcək.

Emmanel Makron məsələ ilə bağlı açıqlamasında qanunun 1 sentyabrda başlayacaq yeni tədris ilinə hazır olması üçün hökuməti prosesi sürətləndirməyə çağırıb.

Bununla yanaşı, Danimarka, Yunanıstan, İspaniya və İrlandiya da Avstraliya nümunəsini davam etdirməyi nəzərdən keçirir.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm