Yaxın Şərq
Rusiya qoşunlarını Qamışlıdan çıxarır - Gözlənilməz addım
Rusiya Suriyanın şimal-şərqindəki Qamışlı aerodromundan qoşunlarını çıxarmağa başlayıb və bununla da Dəməşq hökumətinin kürd qüvvələrindən nəzarəti ələ keçirməyə çalışdığı bölgədəki hərbi mövcudluğuna son qoyub.
Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi beş Suriya mənbəsinə istinadən məlumat yayıb.
Agentliyin qeyd etdiyi kimi, bu ay Suriyanın keçid prezidenti Əhməd əl-Şaraanın komandanlığı altında hökumət qüvvələri Suriyanın şimalını və şərqini kürd terrorçulardan geri alıb. Beləliklə, Dəməşq bütün ölkə üzərində hakimiyyətini bərqərar etməyə çalışır.
İki mənbəyə görə, Rusiya qoşunları ötən həftə bazalarından tədricən geri çəkilməyə başlayıb. Bəzi qoşunların Suriyanın qərbindəki Rusiyanın Hmeymim aviabazasına köçürülməsi, digərlərinin isə Rusiyaya qayıtması planlaşdırılır.
Qərb sahilindəki digər bir Suriya təhlükəsizlik mənbəyi son iki gündə Rusiya hərbi texnikasının və ağır silahlarının Qamışlıdan Hmeymim hərbi aerodromuna daşındığını vurğulayıb. Bazar ertəsi günü isə “Reuters” jurnalisti Qamışlı hava limanında Rusiya bayraqları görüb. Burada uçuş-enmə zolağında Rusiya nişanları olan iki təyyarə park edilib.
Daha əvvəl Əl-Şaraanın Rusiya lideri Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər edəcəyi açıqlanmışdı. Səfər yanvarın 28-nə planlaşdırılır.
Tural
-
Ekopublika.az08:1275 faizlik vergi güzəştinin vaxtı bitir - Nə dəyişəcək?
-
ABŞ07:55Pentaqon rəhbərinin İsrailə gizli səfəri: Netanyahu ilə görüşdü
-
Dünya02:18Kim Çen İnin öldüyü iddia olunur: Çin Pxenyana 9 min hərbçi göndərdi? - Yeniləndi
-
Qoroskop01:20Günün ulduz falı: Bu bürclər üçün yeni fürsət qapıları açılacaq
-
İdman19 Oktyabr 22:04Ronaldo bir aylıq diskvalifikasiya edildi və cərimələndi
-
Sosial19 Oktyabr 21:51Azərbaycanda kimlər pensiyaya 5, 15, hətta 20 il tez çıxa bilər?
-
Avropa19 Oktyabr 20:48Fransada etirazlara qarşı sərt tədbir: Küçəyə çıxmaq qadağan edildi
-
Kriminal19 Oktyabr 18:30Daha 7 nəfər beynəlxalq axtarışa verildi - Adlar


















.jpg)









.png)






