NATO və Aİ birləşsin - Kallas
Bizi izləyin

Dünya

NATO və Aİ birləşsin - Kallas

Aİ xarici işlər naziri Kaya Kallas NATO-nun avropalaşmış bir təşkilata çevrilməsinə çağırıb və Avropa Birliyi ilə Şimali Atlantika Alyansının birləşməsini müdafiə edib.

Publika.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

"ABŞ getdikcə diqqətini Avropadan kənara yönəldir. NATO gücünü qorumaq üçün getdikcə daha çox Avropa təşkilatına çevrilməlidir. Avropa buna nail olmaq üçün hərəkətə keçməlidir", - deyə Kallas bildirib.

O, 23 ölkənin hər iki təşkilatın üzvü olduğunu və iki strukturun hərəkətlərinin uyğunlaşdırılması üçün xüsusi məsuliyyət daşıdığını qeyd edərək, Aİ və NATO sistemlərinin birləşməsinə çağırıb.

Kallas Aİ ilə NATO arasında qarşılıqlı anlaşmanın təmin edilməsinə və Şimali Atlantika Alyansının Avropa komponentinin gücləndirilməsinə, hərbi səylərin yenidən bölüşdürülməsini təklif edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm