Yaxın Şərq
ABŞ-ın İrana güc nümayişi: Müttəfiqlər də təşviş içərisindədir
ABŞ İranla gərgin qarşıdurma fonunda Yaxın Şərqdə hərbi təlimlər keçirməyi planlaşdırdığını açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Bildirilir ki, ABŞ Hava Qüvvələrinin nümayişi Ağ Evin amerikalıların İrana qarşı daha çox zərbə endirə biləcəyini göstərmək məqsədilə elan edilib. Təlimlər minlərlə insanın həyatını təhlükə altına alan qarşıdurmaların qarşısını almağa və regionda ABŞ-ın gücünü nümayiş etdirməyə hesablanıb.
"Təlim ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında döyüş hava gücünü yerləşdirmək, bölüşdürmək və saxlamaq qabiliyyətini nümayiş etdirmək üçün çoxgünlük təkmilləşmə məşqləridir", - ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) bildirilib.
Hərbi Hava Qüvvələrinin açıqlamasına görə, təlimlərin məqsədi dağıtma və manevr imkanlarını artırmaq, regional tərəfdaşlığı gücləndirmək və çevik cavab tədbirlərinə hazırlığı təmin etməkdir. Təlimlərdə iştirak edən hərbi texnika və ətraflı planlar hələ açıqlanmayıb.
“The Guardian” qeyd edir ki, ABŞ qoşunlarının yerləşdirilməsi regionda müttəfiqlər arasında narahatlıq yaradıb. Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər Nazirliyi bildirib ki, ölkə İrana hücum üçün hava məkanından, ərazisindən və ya ərazi sularından istifadə edilməsinə icazə verməyəcək, neytral qalacaq və regional sabitliyi təşviq etməyə çalışacaq.
Adəm
-
İdman19:20Onlara günlük 100 manat ödəniləcək - Baş nazir qərar imzaladı
-
Magazin119:00Xalq artisti Elmira Şabanova vəfat etdi
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl












.jpg)
























