Yaxın Şərq
İran ABŞ-a xəbərdarlıq etdi - Tammiqyaslı müharibə təhlükəsi var
Xəbər verdiyimiz kimi, ABŞ İranla qarşıdurma fonunda Yaxın Şərqdə hərbi təlimlərə başlayacağını bildirib.
Publika.az "Daily Mail" qəzetinə istinadən xəbər verir ki, növbəti məlumat İrandan gəlib.
Nəşr yazır ki, İslam Respublikası ABŞ-ın mümkün hücumu təhlükəsi ilə əlaqədar yüksək hazırlıq vəziyyətindədir. ABŞ prezidenti Donald Trampın İran sahillərinə "daha bir möhtəşəm armada" göndərdiyini elan etməsindən sonra gərginlik kəskin şəkildə artıb.
Bu açıqlama İran hakimiyyətinin etirazları amansızcasına yatırdığına dair ittihamlar fonunda səsləndirilib.
Hərbi təhdid, nüvə enerjisi ilə işləyən "USS Abraham Linkoln" təyyarədaşıyan gəmisinin rəhbərlik etdiyi ABŞ Hərbi Dəniz Qüvvələrinin zərbə qrupunun bölgəyə yerləşdirilməsi ilə konkret forma alıb. Qrup Mərkəzi Komandanlığın məsuliyyət zonasına daxil olub ki, bu da ABŞ-ın Yaxın Şərqdə sürətli reaksiya üçün əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırıb.
Qeyd olunur ki, İran artıq hər hansı bir hücumun tammiqyaslı müharibənin başlanğıcı kimi qəbul ediləcəyini bildirib. İranın yüksək vəzifəli rəsmisi xəbərdarlıq edib ki, ölkə suverenliyinin hər hansı bir pozulmasına sərt cavab verəcək.
Adəm
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






.jpg)















.webp)













.jpg)


