Sosial
Həbsdə olan məşhur bəstəkar azad edildi
Həbsdə olan məşhur bəstəkar Tural Bayraməliyev azadlığa buraxılıb.
Publika.az “Yeni Sabah”a istinadən xəbər verir ki, bəstəkar ona təyin olunmuş həbs müddətinin başa çatması ilə əlaqədar azad edilib.
Tural Bayraməliyev 2018-ci ildə Dövlət Gömrük Komitəsinin sabiq rəisi Aydın Əliyevin baldızı sabiq gömrük xidməti polkovniki Salehli Şədiyyə Arif qızı tərəfindən “külli miqdarda dələduzluq” etməkdə ittiham olunmuşdu.
Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən, Ş.Salehlinin şikayəti əsasında T. Bayraməliyevə Cinayət Məcəlləsinin 178-ci maddəsinin müvafiq bəndi ilə cinayət işi açılıb. Nəticədə məhkəmə qərarı ilə bəstəkara 8 il həbs cəzası verilmişdi. O, cəzasını 13 saylı Cəza Çəkmə Müəssisəsində çəkib.
Məhkəmənin çıxardığı hökmlə barışmayan Tural Bayraməliyev həbsxanada olduğu dövrdə yaxınları vasitəsi ilə dəfələrlə mətbuata şikayət yazıları göndərmişdi.
Bəstəkar müxtəlif vaxtlarda bir sıra şou-biznes nümayəndələrinə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müxtəlif məzmunlu ismarıclar ünvanlayıb.
Tural Bayraməliyev sabiq deputat Hüseyn Abdullayevin dayısı oğludur.
-
Nida Xəbər 14:50Hacıbala Abutalıbov Qaxdan qovuldu
-
İdman13:00Rövşən Nəcəf eyham vurdu: AFFA işlək qurumu ləğv edəcək?
-
Nida Xəbər 12:22Deputat pəncərədən tullanıb qaçıbmış...
-
Köşə11:43Bir də çalınmayacaq bizim zəngimiz... - Bu da son
-
İdman11:24UEFA "Qarabağ"a neçə milyon ödəyib? - AFFA AÇIQLADI
-
Köşə09:12Azərbaycanda məmurdan sensasion etiraf: Tapşırıqla...
-
Avropa08:48Şahzadə Harri qadın jurnalistə görün nə yazıb - İlk görüşdən sonra...
-
Magazin106:16"Birlikdə keçirdiyimiz son ad günü..." - FOTO































