Dünya
Venesuelada böyük amnistiya aktı layihəsi hazırlanır
Venesuela hakimiyyəti ümumi amnistiya haqqında qanun layihəsi hazırlayır və sənədin yaxın vaxtlarda parlamentə təqdim olunacağı gözlənilir.
Publika.az "Venezolana de Television" televiziya kanalına istinadla xəbər verir ki, bunu prezident səlahiyyətlərini icra edən Delsi Rodrigez bildirib.
Ali Məhkəmədə məhkəmə ilinin açılışı mərasimində çıxış edən Rodriges bildirib ki, qanun siyasi qarşıdurmaların yaratdığı yaraların sağalmasına, ölkədə ədalət sisteminin yenidən istiqamətləndirilməsinə və venesuelalılar arasında dinc birgəyaşayışın bərpasına xidmət etməlidir.
Onun sözlərinə görə, məhbusların azadlığa buraxılması 1999-cu ildən bu günədək olan bütün siyasi zorakılıq dövrünü əhatə edəcək.
Amnistiya qərarı ABŞ-da həbsdə olan eks-prezident Nikolas Maduro ilə müzakirə edilib. Müzakirənin nə vaxt və hansı şəraitdə aparıldığı açıqlanmayıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Delsi Rodrigesi “mükəmməl” müvəqqəti prezident adlandıraraq ona heyranlığını ifadə edib, həmçinin ABŞ qüvvələri tərəfindən ələ keçirilmiş tankerlərlə daşınan Venesuela neftinin gələcək taleyi barədə açıqlama verib.
Hüseyn İbadlı
-
Dünya07:47Dəhşətli qəza: 14 nəfər həlak oldu, çox sayda yaralı var
-
Magazin106:16Göksel Bakıda “Bu qala, daşlı qala” oxudu - VİDEO
-
Sağlamlıq05:15Bir fincanda 15 plastik parça - Bu çayları əsla almayın
-
ABŞ04:14Jirinovskinin adı qalmaqallı sənədlərdə - “Millətçi təlxək”
-
Dünya02:42Güclü zəlzələ krallığı silkələdi
-
Sosial00:45Sayğacdakı problemə görə fantastik məbləğdə borc gəldi - Video
-
Qoroskop00:00Günün ulduz falı - Yeni imkan qapısı açıla bilər
-
Magazin131 Yanvar 23:24Elnarə saçlarını buna görə kəsibmiş...
























.jpg)






