ABŞ
Tramp: "İran ABŞ-la ciddi danışıqlar aparır"
"Hazırda İranla ABŞ arasında ciddi danışıqlar aparılır".
Publika.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu açıqlamanı Florida istiqamətinə uçuş zamanı jurnalistlərlə söhbətində verib. Prezidentin açıqlmaları Ağ Ev tərəfindən "YouTube" kanalı vasitəsilə yayımlanıb.
“Onlar bizimlə danışıqlar aparır, ciddi danışıqlar aparır,” - deyə Tramp vurğulayıb.
Tramp həmçinin qeyd edib ki, Vaşinqton Tehranla dialoqu bərpa etmək və konkret nəticələr əldə etmək niyyətindədir. ABŞ prezidenti İranla yeni sazişin imzalanma imkanını istisna etməyib, lakin bunun baş tutmaması halında ölkəsinin şəraitdən asılı olaraq addımlar atacağını əlavə edib.
Tramp xatırladıb ki, danışıqlar davam edən zaman bu planlar Körfəz müttəfiqləri ilə tam şəkildə paylaşılmır.
Tramp həmçinin keçmiş danışıqlara istinad edərək bildirib ki, ötən dəfə İranla danışıqlar apararkən nəticə əldə olunmayıb və ABŞ nüvə proqramına qarşı sərt addımlar atmalı olub.
Eyni zamanda, İran tərəfi də danışıqlara açıq olduğunu bəyan edib. İranın xarici işlər naziri Abbas Əraqçi vurğulayıb ki, Tehran Birləşmiş Ştatlarla bərabərhüquqlu danışıqlara hazırdır, lakin bu dialoqun ciddi və qarşılıqlı hörmət əsasında keçirilməsini istəyir.
Başqa mənbələr də göstərir ki, Tehran nüvə sazişi üzrə dialoqa yenidən hazır olduğunu bildirib, lakin bunun üçün qarşılıqlı etimad mühitinin yaradılmasının vacib olduğunu qeyd edib.
Hazırda həm ABŞ, həm İran arasında diplomatik gərginlik yüksək səviyyədə qalır, lakin hər iki tərəfin ya nüvə proqramı, ya da digər kritik məsələlər ətrafında danışıqlar üçün müəyyən hazırlıqlar apardıqları görünür.
Hüseyn İbadlı
-
Rəsmi xronika10:15İlham Əliyev İrəvandakı sammitə onlayn qoşulacaq
-
ABŞ09:30Trampın ən yaxın müttəfiqi xəstəxanaya yerləşdirildi: Kritik vəziyyətdədir
-
ABŞ09:00Əfqan mühacir ABŞ-ı qarışdırdı - Faciənin təsviri olan xalçalar satılır
-
Yaxın Şərq07:47Hörmüz boğazındakı yeni əməliyyatın təfərrüatı AÇIQLANDI
-
Ekologiya07:17Bu gün 24 dərəcə isti olacaq - PROQNOZ
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu
-
ABŞ02:42Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı - Sonra çörək maşınının...



























.png)


.jpg)




