NATO Qrenlandiyada yeni missiya hazırlayır
Bizi izləyin

Dünya

NATO Qrenlandiyada yeni missiya hazırlayır

NATO Arktika bölgəsində və Qrenlandiya ətrafında alyansın mövcudluğunu gücləndirməyi nəzərdə tutan “Arctic Sentry” adlı yeni missiya üzrə hərbi planlaşdırmaya başlayıb.

Publika.az xəbər verir ki, bu barədə NATO-nun Avropada yerləşən hərbi qərargahının nümayəndəsi məlumat verib.

Hadisələrin bu cür inkişafı Rusiyanın Qrenlandiyada ABŞ raket sistemlərinin mümkün yerləşdirilməsi ilə bağlı bəyanatları fonunda baş verir. Moskva xəbərdarlıq edib ki, belə bir addım atılacağı halda cavab tədbirləri görə bilər.

Danimarkanın müdafiə naziri Troels Lund Poulsen missiyanın planlaşdırılmasına başlanmasını çox vacib və müsbət addım kimi qiymətləndirib. Onun sözlərinə görə, Danimarka və Qrenlandiya uzun müddətdir regionda NATO-nun daha fəal iştirakına nail olmağa çalışır. Nazir Arktika və Şimali Atlantika bölgəsində təhlükəsizliyin möhkəmləndirilməsi üçün müttəfiqlərin birgə səylərinin vacibliyini vurğulayıb.

Ekspertlər qeyd edirlər ki, mümkün “Arctic Sentry” missiyası beynəlxalq vəziyyətin pisləşdiyi şəraitdə Qrenlandiyanın və ümumilikdə Arktika regionunun artan strateji əhəmiyyətini əks etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm