"Fənərbağça"nın qalmaqallı transferi reallaşdı
Bizi izləyin

İdman

"Fənərbağça"nın qalmaqallı transferi reallaşdı

“Fənərbağça” səs-küylü transferi reallaşdırıb.

Publika.az xəbər verir ki, “Əl-İttihad”ın fransalı yarımmüdafiəçisi Nqolo Kante İstanbul klubunun futbolçusu olub. Bu barədə Türkiyə təmsilçisi məlumat yayıb.

İnsayder Fabritsio Romano isə tərəflərin müddəti 2028-ci ilin yayına qədər qüvvədə olacaq müqavilə imzaladığını bildirib.

Bu keçid mübadilə əsasında baş tutub. Kantenin əvəzində “Fənərbağça” hücumçusu Yussef Ən-Nəsirini qarşı tərəfə yollayıb.

Fevralın 3-də tərəflərin transferin rəsmiləşdirilməsi zamanı problemlərlə üzləşdiyi açıqlanmışdı. Lakin klublar bu məsələni futbolçuları qarşılıq şəkildə azad agent etməklə reallaşmasına şərait yaradıblar.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm