Dünya
Rusiya bu Afrika ölkəsinin vətəndaşlarını da müharibəyə aparırmış
Keniya hökuməti Ukraynadakı münaqişəyə Keniya vətəndaşlarının cəlb edilməsi ilə bağlı Rusiya Federasiyası ilə danışıqlar aparmaq niyyətindədir.
Publika.az xəbər verir ki, hakimiyyət orqanları bildirir ki, bu fəaliyyətdə qanunsuz cəlbetmə şəbəkələri iştirak edir. Rusiya isə öz növbəsində bu cür hərəkətlərdə iştirakını inkar edir.
Keniyanın xarici işlər naziri Musaliya Mudavadi BBC-yə bildirib ki, Nayrobi vətəndaşlarının Ukraynada döyüşmək üçün cəlb edilməsi məsələsini Moskva ilə müzakirə etməyi planlaşdırır. O iddia edib ki, cəlbetmədə qeyri-rəsmi işəgötürmə agentlikləri iştirak edir.
Mudavadi qeyd edib ki, Keniya Rusiya ilə vətəndaşlarının işə götürülməsini qadağan edən razılaşma əldə etməyə çalışacaq. Rəsmi məlumatlara görə, təxminən 200 keniyalı işə götürülüb, lakin onlardan heç birinin ölkəni qanuni yollarla tərk etmədiyi vurğulanır. Keniya hakimiyyəti artıq qanunsuz əməliyyatlarda şübhəli bilinən 600-dən çox işə qəbul agentliyini bağlayıb və 27 nəfəri müharibə zonasından geri qaytarıb.
Nazir əlavə edib ki, bu təcrübəyə son qoyulmasının vacibliyini vurğulamaq üçün Moskvaya səfər etməyi planlaşdırıram.
Tural
-
MDB10:45Ermənistanda niyə ət böhranı yaranıb? - İlginc səbəblər
-
Sosial10:35Turizmdən ən az gəlir əldə edən ölkə Azərbaycandır – Dəyişiklik olacaq?
-
Nida Xəbər 10:00İran səfiri: "Azərbaycan humanitar yardım göndərən ilk ölkə idi"
-
Nida Xəbər 09:20Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınır
-
Sağlamlıq08:45Azərbaycanda tüğyan edən xəstəliyin müalicəsi açıqlandı - Bununla sağalın
-
Hadisə08:30Xəzərdə zəlzələ oldu
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
































